Xəbərlər 29.05.2025 08:55 84

Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib - FOTOLAR

Uşaq Səfirlər Məclisinin Cəbrayıl rayonu üzrə nümayəndəsi Aynur Məmmədovanın təşəbbüsü, Cəbrayıl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Konstitutsiya və Suverenlik ili" çərçivəsində Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib.

QHT.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə həyata keçirilən ekskursiyada məktəblilərə Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib. Eyni zamanda məktəblilər Heydər Əliyevin həyat və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən fotoşəkil və eksponatlarla yaxından tanış olub, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin şahidi olublar.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı