Xəbərlər 04.06.2025 11:52 173

Gənc Vətənpərvərlər İctimai Birliyi “Gələcəyimizə Narkomaniya Girməsin!” adlı layihəyə start verib - FOTO

Gənc Vətənpərvərlər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Gələcəyimizə Narkomaniya Girməsin!” adlı layihəyə start verib.

QHT.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan layihə üzrə təşkilat komitəsinin üzvü İ. İsayev konfransı açaraq gündəlikdə duran məsələləri tədbir iştirakçılarının nəzərinə çatdırdı və icra olunan layihənin mahiyyətindən söhbət açdı. O, qeyd etdi ki, QHT Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan layihə ilə bağlı birliyin İdarə Heyətində müzakirələr aparılmış və fəaliyyət planına uyğun olaraq ilk növbədə layihə rəhbəri və mühasibdən ibarət işçi heyəti formalaşdırılmış, əmr və müqavilələr hazırlanmışdır. Bununla yanaşı, təşkilatın 10 fəalı könüllü olaraq layihəyə cəlb edilmişdir. İşçilər arasında müvafiq təlimatlar verilərək iş bölgüsü aparılmışdır.

Layihə rəhbəri M. Əliyev bildirib ki, layihə 2 ay müddətində, yəni 01.06.2025-ci ildən 31.07.2025-ci il tarixinə qədər Bakı şəhərində həyata keçiriləcək:

"Layihənin əsas məqsədi gənclər arasında vətənpərvərlik və milli-mənəvi dəyərlərin gücləndirilməsi, HİV-AİDS-İİV-QİÇS və narkomaniyadan eyni zamanda pis vərdişlərdən uzaq olmaları üçün Kaizen Tədris Mərkəzlərində və İdman Cəmiyyətlərində bu çərçivədə marifləndirmə tədbirlərinin keçirilməsidir. Qeyd edək ki, layihə müddətində ictimaiyyət arasında Tədris Mərkəzlərində, İdman Cəmiyyətlərində KİV-in, QHT-lərin, gənclər təşkilatlarının, Qarabağ müharibəsi veteranlarının iştirakı ilə seminarlar da keçiriləcək. Sonda ən fəal iştirakçılara daxili imkanlar hesabına fəxri diplomlar təqdim ediləcək. Tədbirdə KİV, Birliyin İdarə Heyəti və layihə üzrə təşkilat komitəsinin üzvləri, könüllülər, birliyin yerli təşkilatlarının təmsilçiləri və fəxri üzvləri iştirak edirdilər."


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı