Xəbərlər 05.06.2025 16:04 231

Azərbaycan və Özbəkistan mediasiya qurumları arasında memorandum imzalanıb - FOTOLAR

31 may - 3 iyun 2025-ci il tarixlərində Özbəkistanda səfərdə olan mediasiya təşkilatı rəhbərləri və mediatorlardan ibarət 11 nəfərlik nümayəndə heyəti Daşkənd Şəhər Mediasiya Təşkilatında olublar.

QHT.az xəbər verir ki, nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikası Mediasiya Şurasının İntizam Komissiyasının sədr müavini Orxan Mahmudov Mediasiya Şurası İdarə Heyəti tərəfindən verilən səlahiyyətlər çərçivəsində Daşkənd Şəhər Mediasiya Təşkilatının müdiri Diorbek Kimsanovla memorandum imzalanıb.

Memorandum çərçivəsində iki ölkənin mediasiya qurumları arasında birgə əməkdaşlıq və təcrübə proqramları müzakirə olunub.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı