Xəbərlər 05.06.2025 20:52 88

Himayə UİB layihə çərçivəsində Şəki rayonu Qumux kəndində tədbir təşkil etdi - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 04.06.2025 tarixində Şəki rayonu Qumux  kənd tam orta məktəbində "Uşaqlar arasında ekoloji tərbiyə işinin gücləndirilməsi" layihəsi həyata keçirilib.

QHT.az xəbər verir ki, tədbirə Himayə UİB-nin sədri, layihə rəhbəri Mətanət Umudova tərəfindən giriş sözü ilə başlanıb. O, layihənin məqsədi, ekoloji tərbiyənin uşaqlar üçün əhəmiyyəti və ətraf mühitin qorunmasının vacibliyi barədə geniş məlumat verib. Tədbirdə məktəbin şagird və müəllim heyəti iştirak edib.

Layihə təlimçisi Elçin Əlibalayev layihənin aktuallığı, ideyası və məktəbdə ekoloji tərbiyə işinin gücləndirilməsi məsələlərinə toxunaraq, şagirdlərdə ekoloji davranışların vərdiş halına gətirilməsinin əhəmiyyətini vurğulayıb. Təlimçi, ətraf mühitin qorunması və təbliği mövzusunda hazırlanan foto və video çarxları nümayiş etdirərək, uşaqları bu mövzuda daha çox məlumatlandırmağa çalışıb.

Tədbir boyunca, şagirdlər ekoloji tərbiyə ilə bağlı maraqlı və düşündürücü suallar veriblər. Bu suallar, uşaqların ekoloji məsələlərə marağını və gələcəkdə bu sahədə daha dərindən bilik əldə etmək istəklərini nümayiş etdirib. Seminarlar, müzakirələr və interaktiv fəaliyyətlər vasitəsilə iştirakçılar ekoloji problemlərin həlli və təbiətin qorunması məsələləri üzərində öz fikirlərini bölüşüblər.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı