Xəbərlər 05.06.2025 15:37 61

QHT layihə çərçivəsində şəhid övladları üçün Şuşada yay istirahət düşərgəsi təşkil edəcək

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Quba, Qusar, Xaçmaz rayonlarından olan şəhid övladları üçün Şuşada yay istirahət düşərgələri təşkil olunacaq.

QHT.az xəbər verir ki, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova bildirib ki, bu səfər vasitəsilə, uşaqlar və gənclər, Vətən üçün canını fəda etmiş şəhidlərimizin əziz xatirələrini yaşatmaqla yanaşı, onların milli mənəvi dəyərlərini dərindən anlamalarına kömək olacaq:

"Tədbirin məqsədi uşaqlara və gənclərə Şuşa şəhərinin tarixi və mədəni əhəmiyyətini tanıtmaq, şəhid ailələrinin uşaqlarına psixoloji dəstək vermək və onlara güclü bir gələcək üçün motivasiya yaratmaqdır. Tədbirin aktivlikləri isə Şuşanın gözəl mənzərələrində ekskursiyalar, şəhid ailələri ilə görüşlər, psixoloji dəstək sessiyaları və milli dəyərlər ilə Vətən sevgisini gücləndirəcək seminarlar keçiriləcəkdir. Şəhid ailələrinə göstərilən bu cür diqqət və qayğı, ölkəmizin vətənpərvərlik ruhunu əks etdirir və gələcəkdə daha güclü və birlikdə irəliləyən bir cəmiyyətin qurulmasına zəmin yaradır. Bu layihə, şəhid övladlarının daha sağlam və güclü bir gələcək qurmasına kömək edəcək, onların ruh halını müsbət yöndə dəyişdirərək, özlərinə və Vətənə olan bağlılıqlarını artıracaq. Eyni zamanda, Azərbaycan xalqının şəhidlərinə olan hörmətini və ehtiramını da simvolizə edir".

Qeyd edək ki, layihə çərçivəsində uşaqlara və gənclərə, atalarının mübarizə apardığı və Vətən uğrunda şəhid olduqları torpaqları görmək, bu torpaqlarda özgürlük, müstəqillik və sülh hisslərini dərk etmək imkanı yaradılacaq. Uşaqlar, şəhidlərin əziz xatirələrini yad edərək, Vətən sevgisi və milli kimlikləri haqqında daha dərindən məlumat əldə edəcəklər. Şuşa şəhərində keçirilən ekskursiyalar vasitəsilə isə tarixə olan bağlılıqları daha da möhkəmlənəcək.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı