“Əlilliyi olan şəxslərin bacarıqlarının inkişafı” mövzusunda beşinci təlim uğurla keçirildi - FOTOLAR
2 iyun 2025–ci il tarixdə “İstedadlı Əlillər” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Əlilliyi olan şəxslərin bacarıqlarının inkişafı” layihəsi çərçivəsində sayca beşinci təlim uğurla başa çatdı.
QHT.az xəbər verir ki, layihə rəhbəri Qubad Qasımov tədbiri giriş sözü ilə açaraq iştirakçılara layihə barədə ətraflı məlumat verdi. O bildirdi ki, bu artıq layihənin beşinci təlim mərhələsidir və əvvəlki sessiyalarda əldə olunan uğurların davamıdır. Təlimlərimiz ilk gündən hər bir qrupda 10 nəfərdən ibarət olmaqla iki qrup üzrə aparılır və bir ay ərzində, həftədə iki dəfə,hər qurupa iki saatlıq sessiyalar şəklində keçirilir. Sevindirici haldırki layhəmizin ilk başladığı gündən xəbər sayıtlarından, məlumat alan bir çox əliliyi olan şəxslər bizə müraciyyət edərək ikinci təlimdən eytibarən təlim iştrakçılarının sayı 30 nəfəri keçmişdirki,buda layihəmizin nə qədər vaçib və səmərəli olduğunun sübutudur.
Təlimçi Zümrüd Xəlilova iştirakçıları salamlayaraq bildirib ki, bu sessiya əvvəlki məşğələlərin davamı kimi planlaşdırılıb. O vurğulayıb ki, iştirakçılar artıq bir-biri ilə daha doğma münasibət qurub və sərbəst işləməyə alışıb.
I Qrup – Yaradıcı inkişaf və özünüifadə
Toxunma çantaların hazırlanması zamanı uşaqlar parça və bəzək elementlərini seçərkən estetik yanaşma nümayiş etdirdilər. Dizaynerlər kimi davranaraq detalların yerləşdirilməsinə xüsusi diqqət yetirdilər. Maraq doğuran məqamlardan biri isə iştirakçılardan birinin səhv toxuduğu çantanı sökərək yenidən işləməyə başlaması oldu. Bu davranış “Mən bacarıram və təslim olmuram” mesajını daşıyırdı. Belə nümunələr iştirakçıların özünəinamını və məsuliyyət hissini gücləndirir.
Hörmə texnikası ilə işləmək uşaqlarda həm də səbir və diqqəti inkişaf etdirir. Sessiyalarda bəzi uşaqlar yardım alsalar da, işi tamamlamağa can atır, nəticəyə öz imzalarını qoymaq istəyirdilər.
II Qrup – Yaradıcılıq və təşəbbüs ön planda
Bu qrupun iştirakçıları sadəcə təlim tapşırıqlarını yerinə yetirmir, öz dünyalarını yaradırdılar. Bəziləri çantalara adlarının baş hərfini, digərləri isə simvolik elementlər əlavə etməklə şəxsi üslublarını nümayiş etdirdilər. Bu, onların təşəbbüskarlığını və öz işlərinə mənəvi bağlılıqlarını göstərdi. Hörmə texnikasında irəliləyiş özünü daha mürəkkəb modellərin seçilməsində büruzə verdi. Təlimatları dinlədikdən sonra bir neçə iştirakçı təlimçi dəstəyi olmadan prosesi tamamlaya bildi. Uşaqlardan biri işi bitirdikdən sonra sevinclə bildirdi: “Mən bunu tək bacardım!”
Artıq iştirakçılar “etməliyəm” deyil, “istəyirəm və bacarıram” yanaşması ilə yanaşır, hazırladıqları əl işlərinə daha çox emosional və estetik dəyər qatırdılar. Onlara uyğunlaşdırılmış metodlarla təqdim olunan tapşırıqlar motivasiyanı artırmaqla yanaşı, real nəticələr də verir.
Sonda Layihə rəhbəri Qubad Qasımov Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyininnə, “İstedadlı Əlillər” İctimai Birliyinin üzvləri adından təkəkkürlüyünü bildirdi və qeyd etdiki layənin davamlığını təminin etmək məqsədi ilə mütamadi əl işlərinin satış sərgiləri təşkilatımız tərəfindən təşkil olunacaqdır.