Qlobal Cənub QHT Platformasının təsis konfransında uşaqların gələcəyi müzakirə edildi- VİDEO
Aprelin 28-29-da Bakıda dünya əhalisinin təxminən 80%-ə yaxın hissəsini özündə birləşdirən 116 ölkədən nüfuzlu QHT rəhbərlərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransı ilə bağlı platformanın üzvü - Afrika Uşaq Fondunun Tanzaniya üzrə layihə rəhbəri Yizukanci Yoradi Sikombe təəsüratlarını bölüşüb:
QHT.az xəbər verir ki, onun sözlərinə görə, hazırda iqlim dəyişmələri cəmiyyətə, xüsusilə də uşaqlara çox böyük təsirlər göstərir, onlar aclıq səbəbindən məktəbə gedə bilmirlər, yaxşı sağlamlıq xidmətləri ala bilmirlər, suya çıxışları yoxdur:
"Buna görə də iqlim dəyişmələrinə qarşı mübarizəni gücləndirməliyik - ağacəkmə, maarifləndirmə və məktəblərdə təbliğat yolu ilə. Beləliklə, uşaqlar ətraf mühiti necə qorumağı öyrənəcəklər və hər şey yaxşı olacaq".
Ətraflı videoda:
Qeyd edək ki, bu konfrans Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini - dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisə hesab olunur.
Pərvanə Fərhadqızı