Xəbərlər 04.06.2025 16:23 73

QHT şəhid Səməndər İmanovun ailəsinə ziyarət edilib - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Əsgər Ailəsi Cəmiyəti" Vətənpərvərliyin Təbliği İctimai Birliyi "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Tarixi Zəfərin 5 illik yubileyinə həsr edilmiş tədbirlər silsiləsi"  layihəsini icra edir.

QHT.az xəbər verir ki, "Əsgər Ailəsi Cəmiyyəti" VTİB-nin sədri Roza Əliqızı Salyan rayonu "Kürsəngi" kəndinin şəhidi Səməndər İmanovun ailəsini ziyarət edib. Roza Əliqızı şəhidin atası İsfəndiyar İmanov və anası Validə İmanovayla görüşərək, onların övladı Səməndər İmanovla 44 günlük müharibədə Füzuli uğrunda gedən döyüşlərdə görüşdüyünü, ondan müsahibə aldığını və 2-3 dəqiqə bu müsahibədən sonra onun şəhid olduğunu xatırlatmışdır.

Ailə üzvləri Səməndərin uşaqlıqdan vətənpərvər olduğundan söz açmışlar. Onlar Səməndər İmanovun Gəncə Dövlət Universitetinin məzunu olduğunu və hər yerdə, elə oxuduğu təhsil ocağında da nümunəvi tələbə kimi müəllimlərin rəğbətini qazandığını qeyd etmişlər. Sonda ailə üzvləri ilə birgə şəhidin uyuduğu məzarlığa ziyarət edilib, ruhuna dualar oxunub.

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı