Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyi Moldovada vərəmlə bağlı təlimlərdə iştirak edib - FOTOLAR
26- 30 may 2025-ci il tarixlərində Moldova Respublikasında Avropa Vərəm Koalisyasının təşkilatçılığı ilə Vərəm xidmətlərinə çıxışın asanlaşdırlımasına yönəlmilş Milli Strateji planın hazırlanması ilə bağlı təlimləri keçirilmişdir.
QHT.az xəbər verir ki, təlimlərə Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyi də dəvət edilmişdir. Ölkələrədən gəlmiş Milli Vərəm Proqramı əməkdaşları və həmin ölkələrin Vətəndaş Cəmiyyəti Təşkilatlarının birgə fəaliyyətini, Milli Starteji Planının hazırlanması və mövcud baryerlərin müəyyənləşdirilməsi metodlarını bir daha nəzərdən keçirilməsi və təkminləşdirmə işlərinin aparılması nəzərdə tutulmuşdur. Eyni zamanda da iştirakçı dövətlətin Milli Vərəm Proqramının nümayəndələrinin ölkələr üzrə epidemik göstəriciləri əsasında paiyent yönümlü xidmətlərə yenidən baxılması zamanı epidemik göstəricilərdən necə istifadə edilmisi qaydalarının mükəmməlləşıdirilməsinə vətəndaş cəmiyyəti ilə birgə nail olma qaydaları müəyyənləşdirilmişdir.
Təlim ştirakçılar üçün strateji planlaşdırma baxımından olduqca zəngin keçmişdir. Avropa regionu üzrə TB-lə mübarizə planı təqdim edilərək və MAF-TB resurslarının NSP hazırlığında istifadəsi alqoritmləri nəzəri və praktik bir daha araşdırlımışdır. Fərqli ölkələrdən nümayəndələr uğurlu təcrübələrini paylaşaraq yeni üsulların araşdırlması istiqamətində beyin hücumu işi icra etmiş oldular. İnsan hüquqları, gender bərabərliyi və damğalanmanın azaldılması prinsipləri müzakirə olunmuşdu. İcma səviyyəsində TB dəstək xidmətləri və onların standartlaşdırılması ilə bağlı təqdimatları əsnasında sosial kontraktlaşdırma və vətəndaş cəmiyyətinin rolu geniş analiz edilmişdir. Qrup işlərində real problemlər və onların həll yolları üzrə tövsiyələr hazırlanaraq təqdim edildi. İştirakçılar arasında tərəfdaşlıq və birgə qərarların hazırlanması təşviq olundu.