Xəbərlər 04.06.2025 18:51 55

Şəhid övladları üçün əyləncəli tədbir keçirilib - FOTOLAR

 Şəhid övladları üçün 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan əyləncəli tədbir keçirilib.

QHT.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları üçün xüsusi əyləncə proqramı təşkil olunub. Tədbirin əsas məqsədi şəhid övladlarının mənəvi rifahına, sosial inkişafına və xoş xatirələrlə dolu bir gün keçirmələrinə töhfə verməkdən ibarət olub.

Əyləncə proqramı çərçivəsində uşaqlar at gəzintisində iştirak edib, təbiət qoynunda müxtəlif öyrədici və inkişafetdirici oyunlar oynayıb, master-klaslara qatılıblar. Həmçinin onlar üçün təşkil olunmuş şou proqramlar və maraqlı səhnəciklər uşaqlara bayram əhval-ruhiyyəsi yaşadıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı