Şəkidə "Uşaqlar arasında ekoloji tərbiyə işinin gücləndirilməsi" layihəsi keçrilib - FOTOLAR
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Şəki şəhərində "Uşaqlar arasında ekoloji tərbiyə işinin gücləndirilməsi" layihəsi həyata keçirilib.
QHT.az xəbər verir ki, iyun 3-də Şəki şəhər 5 nömrəli məktəbində keçirilən tədbiri layihə rəhbəri, Himayə UİB-nin sədri Mətanət Umudova açaraq ekoloji tərbiyənin və ətraf mühitin qorunmasının uşaqlar üçün əhəmiyyətini vurğulayıb. Layihə çərçivəsində 10 məktəbdə hər biri 25 iştirakçı ilə təlimlər keçirilib. Təlimçi Elçin Əlibalayev ekoloji tərbiyə, davranış vərdişləri və ətraf mühitin qorunması ilə bağlı geniş məlumat verib, foto və video çarxlar nümayiş etdirilib.
Tədbirdə uşaqlar maraqlı suallar verib və təlimin sonunda məktəb rəhbərliyi belə layihələrin vacibliyini qeyd edib. Təlim iştirakçıları ilə birlikdə foto çəkilişləri edilib.