Xəbərlər 17.06.2025 14:30 42

Tibb İşçilərinin Peşə Bayramı Günü - QHT sədindən AÇIQLAMA

“Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri, cərrah Akif Kərimov bu gün  QHT.az-a Tibb İşçiləri Gününə həsr olunmuş açıqlama verərək, tibb sahəsində çalışan bütün həkimləri və səhiyyə işçilərini təbrik edib.

QHT sədri tibb sahəsinin həm keçmişdə, həm də bu gün həm ölkəmiz, həm də dünya üçün nə qədər vacib və məsuliyyətli bir sahə olduğunu vurğulayıb:

"Mən tibb işçilərini təbrik edirəm. Doğrudan da, tibb sahəsində çalışanlar, həkimlər, alimlər, professorlar həmişə çox məsuliyyətli işlər görürlər. Bu sahə bizim vaxtlarımızda - 80-ci illərdə, 75-80-ci illərdə mövcud olan xəstəliklərlə bugünkü xəstəliklərin arasında 20-30 dəfə fərq var. Xəstəliklərin sayı artıb. Bu, ekologiya və qida məhsulları ilə əlaqədardır, çünki bu qədər xəstəliklər əvvəllər olmamışdı. O vaxtlarda mən özüm həkim, cərrah idim, yəni o zaman əməliyyatlar əgər 5 olurdusa, indi 100-ə çatıb. Onkoloji xəstəliklərin sayı da artıb. Həddindən artıq çoxalıb. Yenə də qeyd etdiyim kimi, qohumluq əlaqələrindən evlənmək olmaz. Mütləq qan qohumu ilə evlənmək olmaz, çünki o zaman talasemiya xəstəlikləri, uyğunsuzluqlar, anomaliyalar meydana çıxır. Xəstələrdə, şəxslərdə müxtəlif problemlər yaranır. Bu da Azərbaycan xalqının azalmasına, zəifləməsinə, dövlətə zərərə səbəb olur. Çünki hər patologiyası olan xəstəliklər, məsələn, böyrək xəstəliyi, böyrək çatmamazlığı, digər anomaliyalardır, dövlət tərəfindən maliyyələşdirilir. Bunlar da çox ağırdır. Bunlara diqqət yetirilməlidir. Tələsmək lazım deyil evlənməyə, amma indiki əməliyyatlarda çox fərqlər var. Burada yeni avadanlıqlar, diaqnozun təsdiqlənməsi, fizioterapiya və laboratoriya müayinələri mövcuddur. Əvvəl laborator müayinələri günlərlə vaxt alırdı, amma indi bir saata, iki saata analizlər əldə edilir. Bu, xəstəliklərin qarşısını almağa kömək edir".

Akif Kərimov yaşlı əhalinin sağlamlığını qorumaq üçün müntəzəm check-up prosedurlarının vacibliyini də qeyd edərək, 40 yaşından sonra, xüsusilə 50 yaşından sonra bütün insanlara müayinə olunmalarını tövsiyə edib:

"Əgər öncədən xəstəliklərin qarşısını alarsaq, onun müalicəsi də daha effektiv ola bilər."

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı