Xəbərlər 17.06.2025 15:16 22

Nazir Anar Əliyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüş keçirib - FOTOLAR

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Mentorluq proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Nicat Qocayev və Eyyub Fətəliyev ilə növbəti görüş keçirib.

QHT.az xəbər verir ki, Mentorluq proqramına uyğun olaraq Nazirlikdə müsabiqə qaliblərinin təcrübə imkanlarını artırmaları üçün yaradılan şərait, onların liderlik potensiallarının inkişaf etdirilməsi məqsədilə aparılan işlərdən bəhs olunub.

Müsabiqə qalibləri Nazirlik və qurumlarında rəhbər vəzifəli şəxslərlə mütəmadi görüşlər keçirdiklərini bildirib, mentorluq proqramı çərçivəsində onların bilik və təcrübələrini, bacarıqlarını artırmaları üçün yaradılan şəraitdən razılıqlarını ifadə ediblər.

Görüşdə proqramın davamı olaraq görüləcək işlərdən bəhs olunub, mentilərlə bağlı  fərdi inkişaf planına dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Anar Əliyev Mentorluq proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Nicat Qocayev və Eyyub Fətəliyevin mentorudur.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manat mükafat əldə edirlər.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı