“Demokratiyanı Öyrənmə” İctimai Birliyi əlil təşkilatlarında işləyən və ya əlil təşkilatlarının üzvləri olan şəxsləri Bacarıqların Artırılması Təlimlərinə dəvət edir. Təlimlər əlilliyi olan şəxslərin hüquqları/imtiyazları, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, elektron xidmətlər və digər mövzuları əhatə edəcək.
QHT.az xəbər verir ki, təlimlər 25-27 yanvarda Bakı şəhərində keçiriləcək. Təlimlərdə iştirak tam ödənişsizdir.
Təlimlərdə iştirak etmək istəyində olan şəxslər 20 yanvar 2023-cü il tarixədək göstərilən keçiddəki qeydiyyat formasını dolduraraq müraciət edə bilərlər.
https://forms.gle/GHyMyRzLt2ndmNYu5
Yalnız seçilmiş şəxslərlə əlaqə saxlanılacaq.
E-mail: [email protected]
Telefon və Whatsapp nömrələri: +994 50 394 06 14












