QHT.az xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi Sivil Toplumla İlişkiler Genel Müdürlüyu 01 yanvar 2023-cü ilə olan məlumata görə 135 xarici QHT-nin Türkiyədə fəaliyyətinə rəsmi icazə verib.
Onlardan 3 təşkilat isə Azərbaycanı təmsil edir.
Bunlar aşağıdakı təşkilatlardır:
1. Heydər Əliyev Fondu Türkiyə təmsilçiliyi - 02 sentyabr 2009-cü ildə qeydə alınıb.
2. "Gənc Diplomat, İşadamı, Alim və Hüquqşünasların Beynəlxalq Assosiasiyası" ictimai birliyi Türkiyə təmsilçiliyi – 12 sentyabr 2009-cü ildə qeydə alınıb.
3. "Əsgər Ailəsi Cəmiyyəti" Vətənpərvərliyin Təbliği ictimai birliyi Türkiyə şöbəsi – 8 iyun 2020-ci ildə qeydə alınıb.












