Şimali Afrika və Yaxın Şərqə humanitar yardımların böyük hissəsi 2024-cü ildə ABŞ və Almaniyadan gəlib. Bu vəsaitlər əsasən ərzaq təhlükəsizliyi və humanitar böhranlardan zərər çəkən insanların dəstəklənməsinə yönəldilib. Lakin hər iki ölkə sonradan xarici yardım büdcələrində ixtisarlara gedib.

QHT.az xarici mediaya istinadən bildirir ki, donor ölkələrin yardım proqramlarını azaltması bölgədə humanitar dəstəyin gələcəyi ilə bağlı narahatlıq yaradıb. Yaxın Şərq və Şimali Afrikada münaqişə, yoxsulluq və ərzaq çatışmazlığı milyonlarla insanın beynəlxalq yardıma ehtiyacını artırır.

Məqalədə həmçinin Vaşinqtonda maliyyə dəstəyi alan yeni bir təşkilatın fəaliyyəti və World Food Programme-ın yeni rəhbəri haqqında məlumat verilir.