QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fonun müstəqil qiymətləndirmələrinin gələcəyi onsuz da qeyri-müəyyən idi. İndi isə bu sahəyə rəhbərlik edən şəxs də vəzifəsini tərk edir.
QHT.az xarici mediaya istinadən bildirir ki, Con Qrouv (John Grove) oktyabr ayının sonunda təşkilatdan ayrılacaq. O, Qlobal Fondun müstəqil qiymətləndirmələrinə cavabdeh olan Qiymətləndirmə və Öyrənmə Ofisinə rəhbərlik edir.
Ofis Qlobal Fondun siyasətlərinin effektivliyini qiymətləndirir, çatışmazlıqlar aşkar edildikdə onların aradan qaldırılması üçün tövsiyələr verir. Müstəqil qiymətləndirmə paneli isə aparılan qiymətləndirmələrin keyfiyyətini və müstəqilliyini təmin edir.
Zəhra Mansırova












