Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 44 günlük Vətən müharibəsi ilə bağlı QHT rəhbərlərinin xatirələrini əks etdirən videoçarxlar hazırlayıb.
Videoçarxların növbəti buraxılışında “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin sədri Əmir Əliyev Vətən müharibəsinin otuzuncu günü - 26 oktyabrla bağlı xatirələrini bölüşür. Əmir Əliyev həmin günləri xatırlayaraq bildirib:
"226 oktyabr 2020-ci il, bugün 6 il öncə müharibənin, Vətən müharibəsinin 30-cu günü Cəbrayıl rayonunun daha bir kəndi – Sələbilər kəndi işğaldan azad edilib. Məhz 30-cu gündə Azərbaycan xalqı Azərbaycan Ordusunun inamla irəlilədiyi bir şərəfi yaşadı. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri 30 ilə yaxın müddətdə icra edilməmişdi.
Və bu müddətdə, əlbəttə, həmin qətnamələrin icra edilməsi beynəlxalq təşkilatların və bütün dövlətlərin əsas öhdəliklərindən biridir. Ancaq bu öhdəliklər uzun müddət nəinki yerinə yetirilmədi, eyni zamanda Ermənistan dövləti buna məcbur edilmədi. Azərbaycan dövləti Ali Baş Komandanın rəhbərliyi altında Ermənistanın növbəti dəfə Azərbaycan ərazilərini işğal etmək cəhdlərinə qarşı məhz bir arada birləşdi və Vətən müharibəsi başladı.
Və bu ərazilərin işğaldan azad edilməsi və suverenliyin bərpası məhz Azərbaycan dövlətinin və Azərbaycan xalqının birgə səyləri ilə mümkün oldu. Əlbəttə, həmin dövrdə Azərbaycan xeyli şəhid verdi. Azərbaycan əraziləri dağıdılmışdır.
Bu gün BMT Təhlükəsizlik Şurasının qətnamələrində göstərilən şərəfli və təhlükəsiz qayıdış hüququ məcburi köçkünlər üçün yenə də Azərbaycan tərəfindən icra edilir. Halbuki Ermənistanın ən böyük öhdəliklərindən biri məcburi köçkünlərin şərəfli və təhlükəsiz qayıdışını həyata keçirməkdir. Ermənistan növbəti öhdəliyini yerinə yetirmədiyi üçün bu gün mina xəritələri məsələsi gündəmdədir.
Və 2020-ci il Vətən müharibəsindən sonra xeyli sayda insan mina qurbanı olmuşdur. Bilirsiniz ki, Azərbaycan ərazisində kifayət qədər böyük tarixi-mədəni irs var. Bu tarixi-mədəni irs Ermənistan tərəfindən dağıdılmışdır.
Ərazilərdə, demək olar ki, bu gün yaşayış üçün heç bir infrastruktur yoxdur. Həmin ərazilər işğaldan azad edilib, orada böyük infrastruktur layihələri həyata keçirilir. İnsanlar tam dövlət hesabına, onların qayıdışı da daxil olmaqla, həmin ərazilərə qayıdıb və tam dövlət təminatı ilə yaşayırlar".








