Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsidir. Min illərdir ki, Xəzər öz sahillərində yaşayan xalqların həyatında mühüm yer tutur. O, yalnız su mənbəyi deyil,həm də tarix,mədəniyyət,iqtisadiyyat və təbiətin ayrılmaz hissəsidir.
Azərbaycan üçün isə Xəzər dənizi xüxusi əhəmiyyət daşıyır. Ölkəmizin tarixində, iqtisadiyyatında və təbii sərvətlərində Xəzərin rolu əvəzsizdir. Tarix boyu Xəzərin səviyyəsi dəfələrlə dəyişib. Bu dəyişiklər sahilyanı ərazilərin görünüşünə, insanların yaşayışına və təbiətə ciddi təsir göstərib.
Qədim dövrlərdən Xəzər balıqçılıq,gəmiçilik və ticarət yollarının mühüm hissəsi olub. Sonrakı dövrlərdə isə onun neft və qaz ehtiyatları böyük iqtisadi əhəmiyyət qazanıb. Xüsusilə Azərbaycan ərazisində neft hasilatının inkişafı Xəzərlə ölkəmizin talehini daha sıx bağlayıb. Lakin zaman keçdikcə insan fəaliyyəti Xəzərin ekoloji vəziyyətinə ciddi təsir göstərməyə başlayıb.
Neft hasilatı və daşınması, sənaye və məişət tullantıları, çirkab sular, plastik tullantılar, həddindən artıq balıq ovu və sahil ərazilərini düzgün idarə olunmaması dənizin ekosisteminə zərər vurur.
Xəzərin ən böyük problemlərindən biri onun su səviyyəsinin dəyişməsidir. İqlim dəyişikliyi,artan temperatur, buxarlanmanın çoxalması və çaylardan dənizə daxil olan suyun azlması Xəzərin gələcəyi ilə bağlı ciddi narahatlıq yaradır.
Su səviyyəsinin azalması sahilyanı ekosistemlərə, balıqlara, quşlara, kənd təsərrrüfatına və sahilboyu yaşayış məntəqələrinə təsir göstərə bilər. Xəzər dənizi həm də nadir canlıların yaşayış məskənidir. Xüsusilə Xəzər suitisi bu dənizin təbiətinin simvollarıdan biridir. Bundan başqa nərə balıqları çoxsaylı su quşları Xəzərin ekoloji tarazlığında mühüm rol oynayır. Bu canlıların qorunması yalnız bir ölkənin deyil,bütün Xəzəryanı dövlətlərin ümumi məsuliyyətidir.
Bu gün Xəzərin taleyi insanların qarşışısında mühüm bir sual qoyur: Biz dənizdən yalnız yalnız istifadə edəcəyik,yoxsa onu gələcək nəsillər üçün qoruyacağıq? Xəzəri qorumaq üçün ilk növbədə çirkab suların dənizə axıdılmasının qarşısı alınmalı, neft-qaz fəaliyyətinə ekoloji nəzarət gücləndirilməli, plastik tullantıların istifadəsi və dənizə atılmasının qarşısı alınmalıdır.
Balıq ehtiyatlarının qorunması, qanunsuz ovla mübarizə, sahilyanı ərazilərin yaşıllaşdırılması və mütəmadi ekoloji monitorinqlərin keçirilməsi də xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, Xəzər dənizinin problemləri yalnız bir ölkənin səyi ilə həlli edilə bilməz. Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran arasında ekoloji əməkdaşlıq daha da gücləndirilməlidir. Çünki Xəzərin suyu sərhəd tanımır, bir sahildə baş verən ekoloji problem digər sahillərə də təsir edə bilər.
Xəzər bizə keçmişdən miras qalan bir təbii sərvət olmaqla yanaşı, gələcək nəsillərə ötürməli olduğumuz böyük bir məsuliyyətdir. Əgər bu gün Xəzərin təmizliyini, canlı aləmini və sahil ekosistemlərini qoruya bilsək, gələcək nəsillər də bu möhtəşəm dənizin nemətlərindən faydalana biləcəklər. Xəzəri qorumaq sadəcə təbiəti qorumaq deyil. Xəzəri qorumaq öz gələcəyimizi qormaqdır!
“Mühit” Ekoloji İB-nin Sədri Əzizağa Hünbətəliyev












