21 sentyabr bütün dünyada Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Bu əlamətdar gün BMT Baş Assambleyası tərəfindən 1981-ci ildə təsis edilib və bütün dünyada zorakılığın aradan qaldırılması, sülh və əmin-amanlığın təşviq edilməsi məqsədi daşıyır.

Hüquq və İnsan Haqları İnstitutu Beynəlxalq Sülh Günü münasibətilə tələbələr arasında məqalə müsabiqəsi elan edir.

Kimlər iştirak edə bilərlər?

Ali təhsil müəssisələrinin tələbələri

Mövzu: Beynəlxalq Sülh Günü və sülhün təşviqi ilə bağlı mövzular

İştirakçılara Hüquq və İnsan Haqları İnstitutu tərəfindən hədiyyələr təqdim olunacaq. Məqalələr eyni zamanda E-hüquqşünas hüquq platformasında dərc olunacaq (e-huquqshunas.az).

Məqalə üçün tələblər:

- 400-450 söz həcmində olmalıdır;

- Arial, 12 pt şriftində hazırlanmalıdır.

Məqalələrin qəbulu üçün son tarix: 16 sentyabr 2026-cı il

İştirak etmək istəyən şəxslər öz məqalələrini İNFO@LHRİ.AZ elektron poçt ünvanına göndərə bilərlər.