Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları evdə (səyyar) sosial xidmətlə təmin edilən Kutukiva Yekaterina Vasilyevnanı doğum günündə ziyarət ediblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən QHT.az-a verilən məlumata görə, ahılımızla görüşən Agentliyin əməkdaşları onu 90 yaşının tamam olması münasibətilə təbrik edib, cansağlığı və uzun ömür arzu ediblər. Onun bundan sonra da daim dövlət qayğısı ilə əhatə olunacağı qeyd edilib.
Kutukiva Yekaterina ona göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Qeyd edək ki, əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, eləcə də əlilliyi olan şəxslərə evdə (səyyar) sosial xidmət göstərilir. Hazırda respublika üzrə 2827 ahılımız Agentlik tərəfindən göstərilən bu xidmətdən yararlanır.












