İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli tarixi-mədəni irs nümunələrinin qorunmasının vacibliyi haqda fikirlərini açıqlayıb.

QHT.az həmin fikirləri təqdim edir:

"Tarixi abidələrin, qədim binaların, qala divarlarının, qayaların və digər mədəni irs nümunələrinin üzərinə ad yazmaq, müxtəlif şüarlar həkk etmək, səthləri cızmaq və bu obyektlərə hər hansı formada müdaxilə etmək yolverilməzdir.

Bəzən adi və zərərsiz bir hərəkət kimi qəbul edilən bu davranışlar əslində tarixi abidələrin ilkin görünüşünün pozulmasına, onların maddi və estetik dəyərinin azalmasına səbəb olur.

Xüsusilə əsrlər boyu qorunub saxlanılan abidələrin səthinə vurulan hər bir iz həmin obyektin tarixi görünüşünü dəyişdirir və gələcək nəsillərə ötürüləcək irsə zərər vurur".