Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Qarabağda təbiətin və tarixi-mənəvi irsin qorunması, vətəndaş məsuliyyəti və maarifləndirmənin vacibliyi haqqında fikirlərini açıqlayıb.

QHT.az həmin fikirləri təqdim edir:

“Son vaxtlar müqəddəs torpaqlarımıza - Qarabaga səfərlər edən ayrı-ayrı vətəndaşlar tərəfindən həmin ərazilərdəki qayalıqların, daşların üzərində və agacların gövdələrində yazılar və adlar yazıldıgının şahıdı oluruq. Bu insanlar başa düşməlidirlər ki 3 min şəhidlərimizin qanı hesabına azad edilmiş vətənimizin hər daşı, qayası meşəsi və torpagı müqəddəsdir. Onu incitmək, korlamaq, ərazini zibilləmək həm qanunla cəzalandırılır həm də şəhidlərimizin ruhunu incidir.Təəssuf ki bunu uşaqlar yox böyuklər edirlər. Belə şəxslərin ölkəmizin həm vətən daşı, həm də vətəndaşı olmaq kimi öhdəliyi, borcu və vəzifəsi budurmu ? Hesab edirəm ki belə şəxlərə qarşı inzibati metodlarla bərabər həm də marifləndirici işləri gücləndirməliyik. Onlara Qarabaga kecid məntəqələrində şifahi xəbərdarlıqlar edilməklə bərabər maarifləndirici və xəbərdaredici bukletlər paylanmalı, məsuliyyətləri izah edilməlidir”.