Huawei yeni Mate XT2 seriyasını təqdim edib. İkiyə qatlanaraq planşet ölçüsündə ekrana çevrilən cihaz Kirin 9050 Pro prosessoru, yenilənmiş menteşə sistemi, təkmilləşdirilmiş suya davamlılıq və ətrafdakı insanların ekranı görməsinin qarşısını alan məxfilik ekranı ilə təchiz olunub.

QHT.az xarici mediaya istinadən xəbər verir ki,Şirkətin məlumatına görə, telefonların qiyməti 19 999 yuan (2 980 dollar)-dan başlayır, ən yüksək versiya isə 24 999 yuan (3 725 dollar) təşkil edir. Satışlara 12 sentyabr tarixində start veriləcək. Huawei rəhbəri Riçard Yu bildirib ki, yaddaş komponentlərinin bahalaşması və yeni texnologiyaların tətbiqi qiymətlərin formalaşmasına ciddi təsir göstərib.

Xiaomi isə Xiaomi 18 Fold modelini təqdim edib. Şirkətin “orta qatlama həlli” adlandırdığı texnologiya sayəsində cihaz bağlı vəziyyətdə pasport ölçüsündə qalır, açıldıqda isə eyni anda üç tətbiqin işlədilməsini dəstəkləyir. Smartfon XRing O3 süni intellekt prosessoru ilə təchiz olunub.

Xiaomi 18 Fold-un qiyməti 10 999–14 999 yuan (1 540–2 100 dollar) arasında dəyişir. Şirkətin baş direktoru Lei Jun cihazın çəkisi və qalınlığı baxımından Apple-ın iPhone Pro Max modelindən üstün olduğunu bildirib.

Hazırda Huawei üçqat qatlana bilən smartfon satan yeganə böyük istehsalçı olaraq qalır. IDC-nin məlumatına görə, şirkət cari ilin ikinci rübündə 22,6 faiz bazar payı ilə Çin smartfon bazarında lider olub. Apple 18,1 faiz, Xiaomi isə 12,4 faiz bazar payına sahibdir. Foldable telefon seqmentində isə Huawei Çin bazarında tədarüklərin 68 faizini təşkil edir.

Zəhra Mansırova