Xəbərlər 31.01.2023 10:43 2334

Pakistanda məscidə bombalı hücum: 59 ölü

Pakistanın Peşəvər şəhərində polis binasının içərisində məscidə edilən intihar hücumunda əksəriyyəti polis olmaqla 59 nəfər həlak olub.
QHT.az xəbər verir ki, terror aktı dünən günorta namazı vaxtı baş verib. Polis rəsmiləri partlayış zamanı məsciddə 400-ə yaxın adamın olduğunu bildirib. Yerli mənbələr əksəriyyəti ağır vəziyyətdə olan 157 nəfərin yaralandığını açıqlayıb. Pakistanın baş naziri Şahbaz Şərif partlayışın intiharçı hücumu nəticəsində baş verdiyini açıqlayıb. Hücumun məsuliyyətini Pakistan Talibanı üzərinə götürərkən, çoxlu nazirlə bölgəyə gələn Şərif bu hərəkəti şiddətlə qınayıb və "Hücumun failləri İslam dini ilə heç bir əlaqəsi olmadığını bir daha göstərdi" deyib.

Səlahiyyətlilər, ölən və yaralananların əksəriyyətinin məscidə namaz qılmaq üçün gələn təhlükəsizlik işçiləri olduğunu və polis bölməsinin yaxınlığındakı məscidə hücumun böyük ehtimalla polisə yönəldiyini qeyd edib. Hücum edən şəxsin namaz əsnasında ön cəbhədə olduğu paylaşılarkən, həyatını itirənlər arasında məscid imamının da olduğu bildirilib. Şəhərdə fövqəladə vəziyyət elan olunarkən, vətəndaşlar da qan verməyə çağırılıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı