Xəbərlər 23.10.2023 15:25 1743

Bu gün qəhrəman şəhidimiz Samir Mehdiyevin anım günüdür

2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısı olmuş Samir Mehdiyev 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərə qatılıb və oktyabrın 23-də qəhrəmancasına şəhid olub.

QHT.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Samir Valeh oğlu Mehdiyev 1990-cı il dekabrın 11-də Şirvan şəhərində anadan olub. 1997-2008-ci illərdə Salyan rayonunda T. Şirinov adına Xələc kənd tam orta məktəbdə, 2008-2012-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb.

Samir Mehdiyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı