Xəbərlər 19.01.2024 16:57 3259

Şəki rayonunun seçiciləri ilə görüş keçirilib - FOTOLAR

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Şəki rayonunun Baş Küngüt, Baş Zəyzid və Vərəzət kəndlərinin seçiciləri ilə görüş keçirilib.

QHT.az xəbər verir ki, görüşlərdə YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İskəndərov, YAP Təşviqat qrupunun üzvü Sədrəddin Bədiyev çıxış edib. Çıxışlarda qeyd olunub ki, fevralın 7-də keçiriləcək prezident seçkiləri ölkəmiz üçün əlamətdardır. Çünki bu seçki Azərbaycanın şanlı Zəfərindən sonra bütöv Azərbaycanda keçiriləcək ilk seçkidir.

Bildirilib ki, cənab İlham Əliyev xalqın taleyini öz taleyi ilə birləşdirib. Xalqın böyük rəğbətini qazanmış Müzəffər Ali Baş Komandan ölkədə xalq-iqtidar birliyini mümkün edib. Bu birliyin, əzmin nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı