Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 15-17 oktyabr tarixində Lənkəran şəhərində təşkil etdiyi “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” yüksək səviyyədə idarə olundu.

Proqramın mövzuları tam zamanında və aktual seçilmişdi, bu, layihələrin yazılmasına böyük dəstək olacaq. İnanırıq ki, təlimçilər Orxan müəllimin, Anar müəllimin böyük həvəslə keçdikləri təlimlərdəki biliklər hər bir QHT-yə işlərinin daha da təkmilləşdirilməsi istiqamətində böyük dəstək olacaq. 

Bu, yüksək səviyyədə təşkil olunmuş inkişaf proqramı olmaqla, həm də QHT-ləri birləşdirən gözəl bir tədbir, yeni tanışlıqların, əməkdaşlıaqların başlanğıcı oldu.

Həm də respublikamızın Lənkəran şəhərinin füsunkar təbiəti, ucsuz-bucaqsız çay plantasiyaları, mandarin və kivi bağları ilə tanış olduq.  Həm öyrəndik, həm də vətəndaş cəmiyyətinin gələcəyi üçün yeni birgə layihələrin təməlini qoyduq.

İştirakçılara yaradılan şəraitə, göstərilən diqqətə və vətəndaş cəmiyyəti institutlarının potensialının artırılmasına verilən bu böyük töhfəyə görə Aygün xanımın rəhbərliyi ilə bütün təşkilatçı komandaya təşəkkür edirəm.

Növbəti proqramları həvəslə gözləyirik!

“Aztəminatlı, Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İB-in sədri Məlahət Abdullayeva