Lənkəran şəhərində 15-17 oktyabr tarixlərində yüksək peşəkarlıqla təşkil olunmuş “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı”nın uğurla başa çatması münasibətilə təşkilatçıları, iştirakçıları-hamımızı ürəkdən təbrik edirəm.

Üç gün davam edən bu intensiv proqram çərçivəsində keçirilən təlimlər, ustad-dərsləri və təcrübə mübadiləsi sessiyaları QHT təmsilçilərinin bilik və bacarıqlarının artırılmasında müstəsna rol oynadı. Keçirilən peşəkar təlimlərlə yanaşı, Lənkəranın məşhur çay plantasiyalarına və sitrus meyvə bağlarına təşkil olunan səfərlər regionun potensialı və mədəniyyəti ilə yaxından tanış olmaq imkanı verdi. 

Hər birimizin ürəyincə olan bu möhtəşəm layihənin təşkilatçılarına, başda Aygün xanım olmaqla Agentliyin əməyi keçən komandasına, bizə yaratdıqları gözəl mühitə, qazandırdıqları biliklərə, yeni insanlarla tanış olmaq fürsətinə görə təşəkkür edir, işlərində uğurlar arzulayıram.

“Turan” Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək İB-in sədri, Əməkdar jurnalist Zərnişan Turan (Azayeva)