ABŞ-nin beynəlxalq yardım qurumu USAID-in ləğvi ilə bağlı müzakirələr davam edir. Ekspertlər bu qərarın humanitar yardıma, beynəlxalq təşkilatlara və yardıma ehtiyacı olan insanlara təsiri barədə fərqli fikirlər səsləndirirlər. Bəziləri bu addımı ciddi böhran kimi qiymətləndirir, digərləri isə xarici yardım sistemində dəyişikliklərin zəruri olduğunu düşünür.

QHT.az xarici mediaya istinadən bildirir ki, ABŞ-nin xarici yardım siyasəti üzrə iki ekspert USAID-in fəaliyyətinin dayandırılmasının səbəbləri və nəticələri ilə bağlı fərqli mövqelər təqdim edib. 2025-ci ilin yanvarında başlayan proses ABŞ-nin beynəlxalq yardım siyasəti və maliyyə dəstəyi alan təşkilatların gələcəyi ilə bağlı müzakirələri gücləndirib.

Digər mühüm xəbər isə BMT-nin baş katibi vəzifəsinə yeni namizədin qoşulmasıdır. Bu addım təşkilatın rəhbərliyi uğrunda mübarizəyə yeni dinamika gətirib.

Bundan əlavə, Açıq Cəmiyyət Fondlarının nümayəndəsi Dierdre Williamsın iştirakı ilə qrantların ayrılması və çoxillik maliyyələşdirmə imkanlarına həsr olunan məlumatlandırma tədbiri planlaşdırılıb. Tədbirdə təşkilatların hansı prinsiplərlə dəstəkləndiyi barədə məlumat veriləcək. Canlı iştirak edə bilməyənlərə tədbirin video yazısı göndəriləcək.