Salyan Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın təşəbbüsü ilə rayon bələdiyyəsinin 2026-cı ilin 9 ayında görülən işlər barədə dinləmə keçirilib və qarşıda duran prioritet məsəllər müzakirə olunub.
Tədbirdə ictimai şurasının sədri Rüstəm Məlikov rəhbərlik etdiyi şuranın fəaliyyət istiqamətləri barədə məlumat verib və həyata keçirilən işlərdə yerli bələdiyyə qurumları ilə əməkdaşlığın əhəmiyyəti barədə danışıb.
Salyan Bələdiyyəsinin sədri Telman Ağabəyov rayonun ictimai-sosial həyatında bələdiyyələrin üzərinə düşən vəzifələrin icra vəziyyəti barədə məlumat verib. Qeyd edilib ki, Salyan Rayon İcra Hakimiyyəti ilə qarşılıqlı əməkdaşlıq nəticəsində bir sıra işlər icra olunub. Belə ki, şəhərdə kanalizasiya çəkilişi ilə əlaqədar söküntü aparılmış küçələrdə, Bayraq meydanında, şəhər qəbiristanlığı və şəhidlər xiyabanlarında mərkəzi küçələrdə təmir təmir işləri aparılıb.
Şəhər dairəsində 200 kv metr süni yaşıl örtük salınıb. Milli Qəhrəman Nazim Babayevin və Əməkdar Mədəniyyət işçisi Aşıq Pənah Pənahovun büstləri və digər işlər də bu ildə həyata keçirilən sosial sifarişləri sırasındadır. Şəhərimizin ekoloji vəziyyətinin yaxşılaşdırılması, ətraf mühitin qorunması, şəhərimizin təmiz və səliqəli olmasını şəhər bələdiyyəsi əsas işlərindən hesab edir.
Görülən işlər əhalinin arzu və təklifləri, müraciətləri əsasında icra olunur. Şəhid ailələrinə, aztəminatlı ailələrə xüsusi diqqət və qayğı göstərilir.
Şəhər bələdiyyəsində keçirilən dinləmədə Şura üzvlərindən Allahverdi Piriyev, Məhəmməd Ağayev, Mübariz Hümbətov, Arif Əsgərov, Leyla Nəsirova şəhərin sosial həyatı ilə əlaqədar aparılan müzakirələrdə iştirak edərək yeni təkliflər veriblər.
İctimai Şuranın şəhər bələdiyyəsi əməkdaşlığının davam etdirilməsi qərara alınıb.












