Xəbərlər 15.02.2024 18:44 1609

İnsan hüquqları sahəsində təlimlər müzakirə olunub - FOTOLAR

İnsan hüquqları sahəsində təlimlər Ədliyyə Nazirliyi Penitensiar xidmətində müzakirə olunub.

QHT.az xəbər verir ki, bu gün Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinin sədri Məhəmməd Quluzadə və İnstitutun məsul əməkdaşları ilə görüş keçirib.

Görüşdə Penitensiar xidmət əməkdaşlarının hüquqi biliklərinin artırılması və maarifləndirilməsi, onlar üçün təlimlərin təşkili və keçirilməsi, məhkum və həbs edilmiş şəxslərin hüquqlarının qorunması, onlara hüquqi yardımın göstərilməsi, cəzaçəkmə müəssisələrinin kitabxanalarının hüquq ədəbiyyatı ilə zənginləşdirilməsi məsələləri müzakirə olunub.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı