Xəbərlər 16.02.2024 13:25 2697

Şagirdlər müxtəlif proqramlar üzrə ekspertlər tərəfindən təşkil olunmuş müzakirələrdə - FOTOLAR

Məktəb şagirdləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Ofisini ziyarət edib və müxtəlif proqramlar üzrə ekspertlər tərəfindən təşkil olunmuş müzakirələrdə iştirak ediblər.

QHT.az xəbər verir ki, Azərbaycan Britaniya Kollecinin şagirdləri ilə keçirilən müzakirələr peyvəndlərin əhəmiyyəti, psixi sağlamlıq, səhiyyədə fövqəladə hallar, ictimai səhiyyə, tibb təhsili, o cümlədən ÜST-nin Azərbaycanda ümumi fəaliyyətinə dair bir çox mövzuları əhatə edib.

Görüş zamanı ÜST-nin Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmancı düzgün əl gigiyenasının əhəmiyyətini vurğulayaraq mövzu ilə bağlı praktiki məşğələ keçirib. Görüşün sonunda şagirdlərə iştirak sertifikatı və kiçik hədiyyələr təqdim olunub.

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı