Xəbərlər 27.02.2024 18:56 4803

Azərbaycanda ilk çərşənbə — su çərşənbəsi qeyd olunur

Bu gün Novruzun ilk müjdəçisi olan su çərşənbəsinin gəlişini Mingəçevir şəhər Sahil parkında xalqımızın qədim və ən əziz bayramlarından olan Novruzun ilk Su çərşənbəsi münasibəti ilə təntənəli bayram tədbiri keçirilib.

QHT.az xəbər verir ki, tədbirin aparıcıları Su çərşənbəsi haqqında tədbir iştirakçılarına geniş məlumat verərək qeyd etdilər ki, Novruz təbiətin canlanmasının, torpağın oyanmasının, ruhun təzələnməsinin simvolu hesab olunur. Xalqımız Novruz ərəfəsində çərşənbələrə daha böyük önəm verir, Novruzun ilk çərşənbəsi olan Su çərşənbəsi ilə bayram hazırlıqlarına başlayırlar.

Tədbirdə "Teşti" folklor ansamblı tərəfindən bayatılar, "Nargilə" folklor qrupu, Dulusçuluq sənəti, Ebru sənəti, dekorativ tətbiqi sənət nümunələri, rəsm əsərləri, Milli mətbəx nümunələri, Xalçaçılıq və Toxuculuq sənətinin təqdimatı həyata keçirildi. İdmançılar müxtəlif idman növləri üzrə çevik hərəkətlərlə öz məharətlərini nümayiş etdirdilər. Kəndirbazın çıxışı və Konsert proqramı ilə davam edən tədbir iştirakçılarda xoş ovqat və dərin təəssüratlar yaratdı.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı