Xəbərlər 05.03.2024 15:46 3498

Sahib Məmmədov BMT-nin İnsan Hüquqları Şurasının 55-ci sessiyasında Azərbaycanlı girov uşaqlarla bağlı çıxış edib

Sahib Məmmədov BMT-nin İnsan Hüquqları Şurasının 55-ci sessiyasında Azərbaycanlı girov uşaqlarla bağlı çıxış edib.

QHT.az xəbər verir ki, çıxış həmçinin BMT-nin entranet sistemində yeləşdirilib.

"Cənab vitse Prezident təşəkkür edirəm.

Birinci Qarabaq müharibəsi dövründə girov götürlən mülki əhali içərisində çoxsaylı uşaqlar da olmuşdur. 30 ildən artıq vaxt keçməsinə baxmayaraq bu uaşqalar haqqında Ermənistan rəsmi hakimiyyəti tərəfindən hər hansı məlumatlar təqdim edilmir.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəsmi veb səhifəsində yerləşdilmiş məlumatda yalnız birinci Qarabağ müharibəsində 4496 azəbaycanlının girov  və əsir götürlməsinə dair məlumat mövcuddur. Onların arasında 71 uşaq da olmuşdur.Təsssüf ki, o uşaqların sonrakı taleləri barədə hər hansı məlumat yoxdur.

Həmid dövrdə bir sıra kütləvi-informasiya vasitələrində uşaqların orqanlarının trasplantasiya olunaraq satılması barədə çoxsaylı məlumatlar verilmşdır. Bu məsələ Avropa Şurası Parlament Assambleyasında da bir dəfə qaldırılıb.

2020-ci ildədən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 13 kütləvi məzarl yeri aşkar olunmuşdur. Həmin məzarda girov və əsir götürülmüş azərbaycanlılar kütləvi dəfn olunmuşdur. Onların içərisində uşaqlar da var.

Girov uşaqların insan alveri qurbanı olmaları barədə yazılanlar təkzib olunmayıb və bu məslənin araşdırlması diqqətəlayiqdir".

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı