Xəbərlər 06.03.2024 21:02 1570

“Yaxın illərdə ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolu artacaq” - İQTİSADÇI ALİM

Bu gün Avropa ölkələrinin qaza olan təlabatının ödənilməsində Azərbaycanın rolunun artması Avropa ilə əməkdaşlığımıza da yeni töhfələr qazandırır. Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası genişlənir.

Bəs qazın Avropaya tədarük edilməsində Azərbaycanın rolunun artması səbəbləri nələrdir? Bu genişlənən tədarük coğrafiyasının Azərbaycan üçün faydaları və riskləri hansılardır?

QHT.az bu sualları iqtisadçı alim, professor Elşad Məmmədova ünvanlayıb. Onun sözlərinə görə, Avropada enerji balansının təminatı ilə bağlı yaranmış problemlər və Azərbaycanın effektiv neft- qaz strategiyası yaxın illərdə ölkəmizin Avropa üçün rolunu, Avropa enerji təhlükəsizliyinin təminatındakı mövqeyini gücləndirəcək: “Azərbaycan bu gün bölgədə yerləşən əsas enerji dövlətlərilə, enerji cəhətdən güclü dövlətlərlə dayanıqlı müsbət münasibətlər formalaşdırmışdı ki, bu da beynəlxalq müstəvidə gücləndirilməsinə şərait yaradır. Azərbaycan öz neft-qaz strategiyasını hansısa ölkələrlə mübarizə konteksində deyil, öz milli maraqları, iqtisadi cəhətdən əsaslandırılmış effektiv yanaşmalar üzərindən qurmuşdu. Bu da ölkəmizə iqtisadi və siyası divizentlər verməkdədir. Avropada enerji təminatının balansı ilə bağlı olan problemlər dərinləşəcək, Avropanın real sənaye istehsalı ilə bağlı problemləri dərinləşməkdə olacaq və yaxın illərdə ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolu artacaq”.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı