Xəbərlər 07.03.2024 09:03 906

“Elmdə qadınların rolu” adlı konfrans keçirilib - FOTOLAR

UNEC-də 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə universitetin qadın rektoru Bilqeyis Həşimzadənin xatirəsinə həsr olunan “Elmdə qadınların rolu” adlı konfrans keçirilib.

UNEC rektoru professor Ədalət Muradov Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, UNEC-in xanım əməkdaşlarının universitetə qazandırdıqları töhfələrdən söz açıb. Hazırda UNEC əməkdaşlarının 67 faizinin, elmi dərəcəyə malik olanların isə 51,6 faizinin qadınlardan ibarət olduğunu bildirib. O, UNEC-in elmi fəaliyyətində, idarəetməsində xanım əməkdaşların aparıcı rola malik olduqlarını diqqətə çatdırıb: "Bilqeyis xanım Həşimzadə 1939-1941-ci illərdə universitetimizin rektoru olmuşdur. 1900-cu ildə Şəkidə doğulmuşdur. Konfransda Bilqeyis xanımın xatirəsini ehtiramla yad etdik. UNEC-də xanımların böyük rolunu, əldə edilmiş uğurlarda böyük töhfələrini vurğuladıq. Professor Məhəbbət xanım Paşayevanın "UNEC-in ilk qadın rektoru Bilqeyis Həşimzadə və onun həyat hekayəsi", kafedra müdiri, dosent Elfanə xanım Qasımovanın "UNEC-də çalışan qadınların elmi uğurları", şöbə müdiri Nərgiz xanım Hacıyevanın "UNEC Xanım Tədqiqatçılar Şurası"nın fəaliyyəti haqqında" məruzələrini dinlədik. UNEC-də bütün işçilərin 67%, elmi dərəcəsi olanların 52% məhz xanımların payına düşür. 1 prorekror, 5 dekan, 5 kafedra müdiri də xanımlardır. UNEC tələbələrinin 46 faizi də xanımlardır".

Çıxış edənlər UNEC-in ilk qadın rektoru Bilqeyis Həşimzadənin həyat yolundan bəhs ediblər. Onun universitetə qazandırdığı töhfələr, elmin və təhsilin inkişafı istiqamətindəki xidmətləri barədə maraqlı təqdimatla çıxış ediblər.

Tədbirin sonunda xanım əməkdaşlara bayram münasibətilə çiçəklər və hədiyyələr təqdim olunub.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı