Xəbərlər 07.03.2024 14:05 3664

Bakı 9 saylı mediasiya təşkilatının rəhbərliyi Türkiyə Cümhuriyyətində səfərdə olub - FOTOLAR

Bakı 9 saylı mediasiya təşkilatının rəhbərliyi təcrübə mübadiləsi çərçivəsində Türkiyə Cümhuriyyətində səfərdə olub.

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Mediasiya Şurası mediasiya sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tədbiqi ilə bağlı Türk Dünyası Mediatorlar Birliyinin üzvü kimi Türkiyə Respublikasının mediasiya sahəsində təcrübəsinin öyrənilməsi proseslərini uğurla davam etdirir.

Belə əməkdaşlıqdan biri də Mediasiya Şurasının üzvü, Bakı 9 Saylı Mediasiya Təşkilatının Türkiyə Cümhuriyyətindəki mediasiya mərkəzlərinin təcrübəsinin öyrənilməsi olub. Mediasiya Şurasını qeyd edilən səfərdə təmsil edən Bakı 9 saylı mediasiya təşkilatının rəhbəri Leyla Nəsibova və təsisçisi Yunis Nəsibovun İstanbul şəhərinə təcrübə mübadiləsi səfərləri zamanı İstanbulda fəaliyyət göstərən mediatorlarla fikir mübadilələri olub. Bakı 9 saylı mediasiya təşkilatının rəhbərliyi İstanbul şəhərində Türkiyənin tanınmış mediatoru Nur Özdənlə görüşmüş, onunla geniş fikir mübadiləsi aparmışdır. Eyni zamanda səfər çərçivəsində Nur Özdənlə birgə İstanbulda yerləşən Mərmərə Mediasiya Mərkəzi və MTNLAW Mediasiya Mərkəzinin fəaliyyəti ilə tanışlıq olmuşdur. Qonaqları salamlayan Mərmərə Mediasiya Mərkəzinin rəhbəri, mediator Erol Koç mərkəzin yaranması, fəaliyyəti barədə və nailiyyətlərini əks etdirən məlumatları Azərbaycan heyəti ilə bölüşmüşdür. Eyni zamanda MTNLAW Mediasiya Mərkəzinin rəhbəri Umut Metin rəhbərlik etdiyi təşkilatın əldə etdiyi nailiyyətlər, ümumiyyətlə bu proseslərdə problemlər və uğurlar barədə təcrübəsini qonaqlarla bölüşmüşdür.

Eyni zamanda nümayəndə heyəti İstanbulda yaşayan və fəaliyyət göstərən vəkil və mediator Aygün Əliyeva ilə də görüşmüş, praktiki fikir mübadilələri aparmışdır.

Hər iki mərkəzdə praktik şəraitlə tanışlıq olmuş, mediasiya proseslərinin aparılmasında Türkiyə təcrübəsi yerində öyrənilmişdir. Bakı 9 saylı mediasiya təşkilatının rəhbəri Leyla Nəsibova hər iki mərkəzə xatirə hədiyyəsi təqdim etmişdir.

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı