Xəbərlər 12.03.2024 12:11 1110

Azərbaycan və Qazaxıstan arasında təhsil sahəsində sənədlərin imzalanma mərasimi olub

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan–Qazaxıstan sənədlərinin imzalanma mərasimi olub. Mərasim zamanı Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev ilə Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek “3 aprel 2017-ci il tarixli Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol”u imzalayıblar. 

 

Protokola əsasən, tərəflər hər il bakalavriat proqramları üzrə 3 nəfər, magistratura proqramları üzrə 5 nəfər, doktorantura proqramları üzrə 2 nəfər, əsas (baza ali) tibb təhsili və rezidentura proqramları üzrə 2 nəfər üçün tələbə mübadiləsi həyata keçirməyi planlaşdırır. Qazaxıstan tərəfi informasiya və kommunikasiya texnologiyaları, mühəndislik, emal və tikinti sənayesi üzrə 5 nəfər, kənd təsərrüfatı və bioresurslar, incəsənət və humanitar elmlər, sosial elmlər, jurnalistika və informasiya, biznes, idarəetmə və hüquq üzrə 5 nəfər, səhiyyə və sosial təminat (tibb) ixtisasları üzrə 2 nəfərin təhsilini təşkil etməyi üzərinə götürür. Azərbaycan tərəfi isə texniki və texnoloji ixtisaslar üzrə 3 nəfər, humanitar və sosial ixtisaslar üzrə 3 nəfər, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə 3 nəfər, təbiət ixtisasları üzrə 1 nəfər, əsas (baza ali) tibb təhsili və rezidentura ixtisasları üzrə 2 nəfərin təhsilini təşkil edəcək.

 

Protokol çərçivəsində tərəflər tələbələrin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Qazaxıstan Respublikasının ali (və ya) ali təhsildən sonrakı təhsil müəssisələrinin yataqxanalarında yerləşdirilməsi üçün mümkün səyləri göstərəcək.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı