Xəbərlər 14.03.2024 13:12 2307

"Bu mahnı Bəhram Nəsibov və ailəsi üçün tikandan qalın oldu" - QHT sədri yazır

Məhşur tarzən Həbib Bayramov müğənni Tükəzban İsmayılova üçün, bununla paralel olaraq ictimai xadim Məmməd Məmmədov müğənni Təvəkkül Musayev üçün zildən mahnı yazmasını xahiş edir. O qədər mahnı yazması və toylarda ifaçı kimi iştirak etməsi üçün sifarişlər alırdı ki, bu sifariş yadından çıxır. Hər dəfə Həbib müəllim soruşanda utandığından yazdığını deyir amma indi tələsik işi olduğun bəhanə edib aradan çıxır. Günlərin bir günü bu baş tutmur. Həbib müəllim qoluna girərək evlərinə aparır. Yeyib içərək günühı içkinin üstünə atmaq istəsə də alınmır. Beləliklə pərtliyinin nəticəsində “Deyin hardadır” kimi məşhur bir mahnı yaranır.

Mənimlə həmsöhbət olan sənət dostları bu mahnının onlara yaxşı mənada çox təsir etdiyini desələr də bəstəkar bu mahnı haqqında deyirdi: Hələ o deyil, istədiyimi ala bilmədim, gərək üzərində bir də işləyim.

Ölümündən sonra dostlarının xatirələrini toplamaq üçün nağıllardakı kimi dəmir çarıqlar geyinərək Yasamaldan Qubernat bağına, ordansa Bulvara, musiqiçilərin yığıldığı yerlərə günlərlə pulsuzluğa görə piyada gedib-gəldim. Çox sənət dostu sabah-sabaha salıb nə xatirələrini danışmadı, nə də arxivlərini paylaşmadı. Bu məqamda yaranan pərtliyim məni bu müqəddəs işdən soyutmasın deyə pərtlikdən yaranan “Deyin hardadır” mahnısı imdadıma çatdı.

Toyda bədahətən yazdığı “Gecələr” mahnısı sağlamlığıma elə toy tutdu ki, indi də müalicə alıram. Həkimlərdən insult, infakt olmadığıma, beynimə qan sızmadığına görə gözaydınlığı da aldım. Və artıq bu mahnını infakt pərim kimi görürəm və bütövlükdə dinləyə bilmirəm çünki körpələrimi böyütmək məsuliyyətim var.   

Necə ki faşistlərin yəhudilərə sırf yəhudi olmalarına görə qollarına işarə bağlayıb incitdikləri kimi rəqabətə davam gətirə bilməyən bir-iki “bəstəkar” mədəniyyətimizi zənginləşdirmək istəyən istedadlı musiqiçilərizə yol açmaq əvəzinə “KONSERVATORİYANIN BƏSTƏKARLIQ FAKULTƏSİNİ BİTİRMƏYƏNİN MAHNI YAZMAQ HÜQUQU YOXDUR” ömrü boyu istedadlara yol açan Üzeyir bəyin adından istifadə edib istedadların yollarını kəsdilər. Efirdə “Xalq mahnıları”nı yerə-göyə sığdırmayan həmin bir-iki “bəstəkar” istedadlı musiqiçilərizə “Mahnılarınız zəifdir, qoy xalq mahnısı adı ilə efirə getsin” deyərək “Düşmənlərini zərərsizləşdirirdilər”. Ona görə düşmənlərini ki, o vaxtkı rəhbərlik onların “Həvəskar” adlandırdıqlarına məğlub olduğunu demişdi. Əsl səbəb bu idi – çinki mahnı yazmaq üçün musiqini və muğamı bilməlisən, simfonik, klassik əsərləri yox. O vaxt Bəhram Nəsibov özü kimi damğa yemiş həmkarlarının adının efirdən alçaldıcı formada “Həvəskar bəstəkar” damğası ilə təqdim edilməsinə çox böyük çətinliklərlə nail olur. El üçün ağlayan gözündən olar şüarını bayraq götürən bir “ziyalı” Bəhram Nəsibovun tərtib etdiyi siyahıda Bəhram Nəsibov adının olmadığını iddia edərək onun sənədlərini həmin siyahıdan çıxardı. Bir müddət Bəhram Nəsibovdan başqa bütün “Həvəskar” adlandırılan peşəkarların mahnıları efirdən səsləndirilir. Bir müddət sonra “Həvəskar kolbasa olar, sosiska olar” deyib buna da qadağa qoyuldu. İllər sonra ziyalıların müraciətindən sonra Bəhram Nəsibov adının efirdən səsləndirilməsinə şərtli icazə verildi. “Necə olur ki, həm sözləri, həm də musiqi müəllifi Bəhram Nəsibovdur. Bu cür təqdimat qiyamət günün sürətlə yaxınlaşdıra bilər. Ona görə bəşəriyyətə yazığın gəlsin gərək birindən imtina edəsən”. Beləliklə şairlərdən birinə qonaqlıq verib xeyili yalvar yaxardan sonra söz müəllifi kimi onun adının yazılmasına nail oldu ki, öz adını efirdən müəllif kimi eşidə bilsin. Oynaq, şux mahnı olan “Gül incəsən” mahnısı Bəhram Nəsibov və ailəsi üçün tikandan qalın oldu. Həmin “Söz müəllifi” mətni kitabına daxil etmədi çünki onun başqasının sözünə ehtiyacı yox idi amma Bəhram Nəsibov müsahibəsində söz müəllifi kimi onun adını qeyd edib. Bu cür iddiasız adam qarşı ölümündən cəmi 11-gün sonra hücum başladı. Elə bil ki, pusquda durub ölümünü gözləyirdilər. “Qal sənə qurban” mahnısının indi də söz müəllifi qismində öncə 3, sonra isə 1 müəllifi də əlavə etdilər ki, xəstəhaldı tək şəfası da söz müəllifi kimi adının çəkilməsindədir, Allah Təalada deyil (Əstəfurullah). Və ağzından süd iyi gələn 44 gəncin hər biri canlı şahidi olduqları - mahnının yaranma tarixi haqqında ayrı-ayrı versiyalar irəli sürməkdədir. Sözün bitdiyi yerdə söz aciz qalır. Axmaq adama veriləcək ən gözəl cavab sükutdur.

 

Adil Nəsibov

“Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı