Xəbərlər 14.03.2024 16:21 1147

Psixonevroloji Sosial Xidmət Müəssisəsində “Şamaxı” futbol klubunun nümayəndələri ilə görüş keçirilib. Psixonevroloji Sosial Xidmət Müəssisəsində “Şamaxı” futbol klubunun nümayəndələri ilə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində “Şamaxı” futbol klubunun nümayəndələri ilə görüş keçirilib.

 

Görüşdə idmançılar müəssisənin sakinləri ilə sağlam həyat tərzi haqqında maarifləndirici söhbətlər aparıblar. 

 

Görüşün məqsədi həssas əhali qruplarından olan şəxslərin sosial reabilitasiyası, cəmiyyətə inteqrasiyası, həmçinin asudə vaxtlarının səmərəli təşkilidir. Bu kimi görüşlər həm də bu kateqoriyadan olan şəxslərin idmana marağının artırılmasına xidmət edir. 

Tədbirin sonunda sakinlərə futbol topları ilə yanaşı müxtəlif hədiyyələr təqdim edilib.

 

Müəssisədə psixi və yüngül formalı əqli pozuntularla əlaqədar əlilliyi olan və əlilliklə əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan 18 yaşdan yuxarı şəxslərə stasionar formada sosial xidmətlər göstərilir. Hazırda burada əlilliyi olan 100-ə yaxın şəxs dövlət qayğısı ilə əhatə olunur.

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı