Xəbərlər 14.03.2024 19:21 2171

“Aqrar biznes festivalı” – Masallıda 

“Aqrar biznes festivalı” – Masallıda 

 

Masallı rayonunda “Aqrar biznes festivalı” təşkil olunub.
Martın 14-də, “ASAN xidmət” mərkəzindəki festivalda nümayiş edilən müxtəlif kənd təsərrüfatı təyinatlı texnologiya və məhsullara Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar və Neftçala rayonlarından olan fermerlər baxış keçiriblər.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun, İstehlak Mallarının Ekspertizası Mərkəzinin və Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı ilə baş tutan festivalda müxtəlif qurumların mütəxəssisləri dövlət və özəl sektorun əməkdaşlığı çərçivəsində fermer və sahibkarlara göstərilən dəstək barədə məlumat veriblər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov fermerlərin maarifləndirilməsi istiqamətində regionlarda keçirilən bu cür tədbirlərin əhəmiyyətli olduğunu və aqrar sahəyə töhfə verəcəyini vurğulayıb.
Milli Məclisinin deputatı Məşhur Məmmədov bildirib ki, bu gün ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində olduqca münbit bir şərait yaradılıb: “Fermerlərə dövlət tərəfindən hərtərəfli qayğı və dəstək göstərilir. Hazırda ölkə əhalisinin bir çox ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına təmin edilir. Azərbaycanda qeyri-neft sektorunun aparıcı istiqamətlərindən olan aqrar sahə uğurla inkişaf edir.”
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov fermerlərin aqrar innovasiyalara və maliyyə mənbələrinə çıxışını əlçatan edən bu cür festivallarda əməkdaşlıq imkanlarının geniş olduğunu diqqətə çatdırıb.
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası sədri Səkinə Babayeva, Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova və başqaları bu sahədə olan yeniliklərlə tanış olmaq, istehsalçılarla birbaşa əlaqə qurmaq, təcrübə mübadiləsi aparmaq imkanı baxımından bölgələrdə keçirilən bu kimi tədbirlərin fermerlər, eyni zamanda sahibkarlar üçün  əhəmiyyətli olduğunu qeyd ediblər.


 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı