Xəbərlər 15.03.2024 00:01 2311

QHT sədri: “Əgər işçi özü əmək müqaviləsinə xitam verilməsini xahiş edirsə...”

"Öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi halında Əmək Məcəlləsinin 68.2 a) bəndinə istinad səhvdir və işçinin hüquqlarını pozur. Ümumiyyətlə 68-ci maddə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ümumi əsasları müəyyən edən maddədir. Amma Məcəllə onun xüsusi hallarda da tətbiqinə hüquqi əsaslar verir. Çünki Əmək Məcəlləsinin 1999-cu il mətnində əmək müqaviləsinə xitam verilməsi üçün digər maddələrdə əsaslar tam əks olunmamışdı (məsələn sınaq müddəti dövründə əmək müqaviləsinə xitam verilməsi). Sonradan əlavələrlə bu problemlər qismən aradan qaldırıldı".

QHT.az xəbər verir ki, bu sözləri Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, vəkil Sahib Məmmədov bildirib. Onun sözlərinə görə, ümumiyyətlə əmək müqaviləsinə xitam verilməsinin iki əsası var: “Tərəflərdən birinicin təşəbbüsü və tərəflərin iradəsindən asılı olmayan hallar. Əgər işçi özü əmək müqaviləsinə xitam verilməsini xahiş edirsə, bu zaman 69-cu maddənin müvafiq bəndlərinə istinad olunmalıdır. İşəgötürənin təşəbbüsü ilə xitam verildikdə 70-ci maddəyə, əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar 73, tərəflərin iradəsindən asılı olamayn hallarda 74, Məcəllədə nəzərdə tutulan fərqli hallarda isə 75-ci maddəyə istinad edilməlidir. İşçi özü əmək müqaviləsinə xitam verməyi xahiş edirsə 68.2 a) maddəsinə istinad ona görə qüsurludur ki, bu zaman əmək müqaviləsinə işəgötürən və ya işçinin təşəbbüsü ilə xitam verilməsi məlum olmur. Doğrudur bəzi işəgötürənlər əmək kitabçası və əmrdə "işçinin xahişi ilə ƏM 68-ci maddəsinin 2 a) bəndi ilə xitam verilmişdir" kimi yazırlar. Amma ən düzgünü 69-cu maddəyə istinaddır”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı