Xəbərlər 15.03.2024 01:35 1193

UNEC yeni təşəbbüsə start verdi - FOTOLAR

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, UNEC yeni təşəbbüsə start verdi.

QHT.az xəbər verir ki, yerli televiziyalara müsahibəsi zamanı ölkənin gələcək inkişafı ilə bağlı milli ideyaların yaranması məqsədilə siyasətçilər, politoloqlar, elm adamları və ziyalıların qarşısına tapşırıq qoyan Prezident İlham Əliyev, ölkədə bu istiqamətdə ictimai müzakirələrin aparılmasının vacibliyini qeyd edib.

UNEC ölkə başçısının tapşırığına uyğun olaraq, “Gələcək Özümü Gələcək?” mövzusunda ilk ictimai müzakirəni keçirilib. Gələcəyin mədəni, elmi, ideoloji hədəflərinə həsr olunmuş ilk müzakirə “Gələcək əsr deyil, əsərdir!” başlığı ilə aparılıb.

İctimai müzakirələr fərqli iştirakçılarla davamlı olaraq keçiriləcək və müzakirələr “DAHA TV” youtube kanalında yayımlanacaq.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı