Xəbərlər 15.03.2024 16:36 3652

“Bu sahələrin yenidən dirçəldilməsi üçün əhalinin geri dönməsi çox vacibdir”- QHT sədri

“İşğaldan azad olunmuş ərazilərimiz vaxtilə Azərbaycan iqtisadiyyatında mühüm yer tutmuşlar. Dağ rayonlarımız heyvandarlıqla, Cəbrayıl rayonu üzümçülüklə, Füzuli rayonu dənli bitkilər, pambıqçılıq, bostan bitkiləri ilə, Ağdam rayonu yüngül sənayedən tutmuş, kənd təssərrüfatının bütün sahələri, Ağdərə rayonu da həmçinin mədən sənayesi daxil olmaqla, Şuşa, Kəlbəcər turizm üzrə çox məşhur idilər”.

Bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov köçürmə prosesinin ekonomik təsiri haqqında QHT.az- a açıqlaması zamanı qeyd edib. Köçkünlərin cəmiyyətə inteqrasiyası və ya onların yeni mənzillərinə köçürülməsinin iqtisadiyyatımıza təsirindən danışan Anar Xəlilov bildirib ki, vəhşi düşmən bütün sahələri dağıdıb və bu sahələrin yenidən dirçəldilməsi üçün əhalinin geri dönməsi çox vacibdir: “Hesab edirəm ki, yaşayış məskənləri bərpa olduqca və əhalimiz geri döndükcə paralel olaraq da iqtisadiyyatımızın müxtəlif sahələri də orada bərpa olacaq. O ərazilərimizin əlveeişli iqtisasi mühitini nəzərə alaraq inamla demək olar ki, gələcəkdə həmin bölgələr Azərbaycan iqtisadiyyatına çox mühüm töhvələr verəcəkdir”.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı