Xəbərlər 15.03.2024 16:48 5415

“Mediatorların ilkin hazırlıq kursu”nu müvəffəqiyyətlə bitirmiş mediatorlara sertifikatlar təqdim olunub – FOTOLAR

15 mart 2024-cü il tarixində AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında, Akademiya tərəfindən keçirilən “Mediatorların ilkin hazırlıq kursu”nu müvəffəqiyyətlə bitirmiş mediatorlara sertifikatlar təqdim olunub.

QHT.az xəbər verir ki, sertifikatvermə mərasimində Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov və Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov iştirak edib. Nadir Adilov çıxış edərək mediasiya sahəsində son illərdə görülən işlərdən və yeniliklərdən söz açıb. O bildirib ki, 2024-cü ildə daha sıx əməkdaşlıqlar qurulacaq, daha keyfiyyət yönümlü nəticələrə nail olunacaqdır.

Ədliyyə Akdemiyasının prorektoru Elçin Xələfov çıxışı zamanı mediasiya sahəsində təşkil edilən təlimlərdən danışıb, mediatorlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda kursu uğurla tamamlamış şəxslərə sertifikatlar təqdim edilib.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı