Xəbərlər 15.03.2024 17:00 2789

QHT- nin növbəti ekoloji təlimləri Bakı şəhəri, Şamaxı və Göyçay rayonlarında - FOTOLAR

"Regional İnkişaf" İctimai Birliyi könüllüləri üçün növbəti ekoloji təlimlər Bakı şəhəri, Şamaxı və Göyçay rayonlarında təşkil olunub.

QHT.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova tərəfindən Bakı və Şamaxıda keçilən təlimlər “Tullantıların idarə edilməsi” mövzusunda olub. Təlimlərdə tullantıların növləri, toplanaraq çeşidlənməsi və yenidən emalı, təkrar emalın faydaları, plastik və digər təbiətdə həll olmayan tullantıların yaratdığı fəsadlar və ekoloji sağlam əşyalardan istifadəyə təşviq etməklə bağlı ətraflı məlumat verilib, könüllülərin ekoloji maarifləndirmə işinə dəstək olmasının vacibliyi vurğulanıb.

Göyçayda "Yaşıl bacarıqların artırılması və ətraf mühitin qorunmasının təşviqi" mövzusu üzrə təlimçi Əzizağa Atakişiyev könüllülərə yaşıl bacarıqların dayanıqlı və resurslardan səmərəli istifadə edən cəmiyyətdə yaşamaq, inkişaf etmək üçün vacibliyindən danışıb, yaşıl iqtisadiyyata keçid mərhələsində tələb olunan bacarıqlar və ətraf mühitin mühafizəsi ilə bağlı geniş məlumat verib. Sonda könüllülər qrup halında hazırladıqları təqdimatlarla çıxış ediblər.

Xatırladaq ki, təlimlər RİİB-in icrası davam edən könüllülük proqramına əsasən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunur.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı