Xəbərlər 15.03.2024 20:45 3125

Bəstəkarımız Bəhram Nəsibovun yaradıcılıq gecəsi keçiriləcək

“Bəhram Nəsibov I Qarabağ müharibə dövründə ordumuzu, əsgərlərimizi döyüşə ruhlandıran mahnı və marşlar yazmışdı. “Əsgər nəğməsi” və bəstəkar Ramiz Mustafayevin dirijorluğu ilə xorun ifasında “Hücum marşı”.  O vaxt “senzura” hər iki əsəri yuxarıda qeyd etdiyi Qırat, Dürat misalı dinləmədən pozdurdu. Səbəbini soruşanda isə o vaxtkı televiziya sədri alçaldıcı formada cavab verdi  – iki zəif mahnı idi pozduq getdi. Hər dəfə bu mahnı və marşı dinləyəndə daxili düşmənlərlə mübarizəyə köklənirəm. “Məni dostlarımdan qoruyun, düşmənlərimdən özüm qorunaram” deyən dahi yazıçı İlya Çavçavadzenin fikri yerinə düşür”.

QHT.az xəbər verir ki, bu sözləri “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov bildirib. O şükür edir ki, hazırda bəstəkarın fəaliyyətini təbliğ edən “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctima Birliyi bəstəkarın hələlik 200 mahnısını notlaşdıraraq nəşr etdirə bilib. Bu işə sevinənlərin olduğu kimi, təəssüf ki, məyyus olanların da olduğunu qeyd edən QHT sədri buna təəcüblənmir: “Xeyirlə şər qardaşdı. Bəzi “sənətşünaslar”, bəzi “araşdırıcılar” fəxri adı və imkanlı qohumları olmadığına görə yalnızca Bəhram Nəsibovu “araşdırmağa” cəsarət edirlər. Onlara əsl araşdırılacaq siyahı versəm də fəxri ad və imkanlı qohumlar faktoruna görə həmin siyahıya baxmaq belə istəmirlər. Onlara deyiləcək tək sözüm var - Ədalət hamıya qarşı ədalətlidirsə ədalət adlanır. Dəmir çarıqlar çoxdan yırtılıb-dağılıb. Bu müqəddəs işi apardığım müddətdə gördüyüm soyuq münasibətlər nəticəsində sevinc hissimi itirmişəm. Bəhram Nəsibovun bütün mahnıların hamısı mənə əziz və doğmadı, çünki mən də eyniylə Bəhram Nəsibov kimi dillər əzbəri olan bu mahnı və marşlardan yalnızca əsəb və tikanlı, tənəli sözlərdən ibarət qonarar alıram. Bu cür qonararır ləzzətini yaşamaq hər adama qismət olmur. Dahi Füzulinin “Gəldim ki, olam qəmin hərifi, gəl imtahan eylə mən zəifi” fikrini anlayanlar bu ləzzəti dərk edə bilər. Şamın yaşaması yanmasındadır”. 

Adil Nəsibov sonda oxucuların hamısını Mədəniyyət Nazirliyinin dəstəyi ilə Akademik Filarmoniyada  aprel ayının 8-də BƏSTƏKAR Bəhram Nəsibovun yaradıcılıq gecəsinə dəvət edir: “Bütün əsl sənətsevərlərin, sənətə qiymət verənləri yaradıcılıq gecəsində iştirak edə bilmələri üçün biletlərin qiymətləri simvolikdir. Simvolik qiymətə olan biletləri şəhərin bütün kassalarından həmçinin iticket az saytından əldə edə bilərsiniz. Bəhram Nəsibovun yaradıcılığına diqqətinə və qayğısına görə Mədəniyyət Nazirliyinə və Akademik Filarmoniyanın rəhbərliyinə təşəkkürümü bildirirəm. Hamınızı konsertə dəvət edirəm”.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı