Xəbərlər 18.03.2024 10:29 1057

Azərbaycanın Milli Qəhrəmanı - şəhid Rafiq Nəsrəddinovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Rafiq Nəsrəddinov 18 mart 1961-ci ildə Bakı şəhərində anadan olub.

QHT.az xəbər verir ki, 1979-1981-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Əsgərliyi bitirdikdən sonra Bakı Dövlət Universitetinə daxil olub və 1987-ci ildə buranı müvəffəqiyyətlə bitirib. 1992-ci ildə Səbail rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılıb. Təcrübəli döyüşçü olan Rafiq Nəsrəddinov tank bölüyünün rəisi vəzifəsinə təyin edilib və cəbhədə erməni quldurlarını dəfələrlə ağır itkilərə məruz qoyub. Rafiqin son döyüşü Ağdərənin Qızılqaya kəndində olub. 6 sentyabr 1992-ci il baş vermiş bu döyüşdə son nəfəsinəcən vuruşan Rafiq Nəsrəddinov qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı Fərmanı ilə baş leytenant Nəsrəddinov Rafiq Hüseyn oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı