Xəbərlər 18.03.2024 13:46 1276

Saatlı və Şirvanda ekoloji təlimlər keçirilib - FOTOLAR

"Regional İnkişaf" İctimai Birliyinin könüllülük proqramı üzrə sonuncu ekoloji təlimlər Saatlı və Şirvanda keçirilib.

QHT.az xəbər verir ki, Saatlıda təşkil edilən təlim ekoloji savadlılığın artırılması və ətraf mühitlə bağlı maarifləndirməyə yönəlmiş bir sıra mövzuları əhatə edib. Təlimçi Xədicə Alışova könüllüləri ekoloji sistemdə insanın rolu, ətraf mühitlə harmoniyada insan faktorunun dəyərləndirilməsi, təbiəti qorumaq üçün ekoloji mədəniyyətin formalaşdırılmasının vacibliyi ilə bağlı məlumatlandırıb. Təlimdə könüllülər, həmçinin “Təbiəti hiss edirəm" adlı meditasiyada iştirak edib və mövzu üzrə qurup işləri hazırlayıblar.

Şirvan şəhərində isə təlimçi Afiq Məlikov tərəfindən yaşıllıq zolaqları, ölkəmizin meşə əraziləri, Tuqay meşələri, onların qorunması və bərpası haqqında məlumat verilib.

Qeyd edək ki, təlimlər ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində gənclərin ekoloji maarifləndirilməsinə həsr edilmişdi.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı